“Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti mətbuat konfransı Sünikin təslim olmasına həsr olunacaq”.
Busaat.az xəbər verir ki, bu fikri erməni politoloq Artur Xaçikyan səsləndirib.
O bildirib ki, Tavuş vilayətinin kəndlərinin təslim olması Azərbaycanın İrəvan-Tbilisi magistralına nəzarəti, Kərkinin təslim olması, Ermənistan-İran magistral yolunun bağlanması demək olacaq.
“Biz amerikalılara və ingilislərə inandıq. Amma sonda türklər və ruslar bizi böldülər. Türkiyə bizdən erməni soyqırımının tanınmasından imtina etməyimizi istəyir. Biz xalq olaraq məhv edilirik”.
Xaçikyanın fikrincə, Sünikin mümkün təslimindən sonra Ermənistan Azərbaycan və Türkiyənin əhatəsində olan vilayətə çevriləcək. Bundan sonra Qarabağda olduğu kimi buradan da ermənilərin çıxmasına icazə veriləcək. Hakimiyyət qəsdən xalqımızın mənafeyinə zidd siyasət yürüdür”, – deyə Xaçikyan fikrini yekunlaşdırıb.KONKRET.az