Nümunəvi döyüş hazırlığı…

image-foto5backend

“Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir;

İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu qürur da tarix kimi yaşadılacaq. O günlərdə bu qüruru bizimlə birgə yaşayanlar indi əsgərdilər. Çiyin-çiyinə bizimlə xidmətdədilər.

İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad edilmişdir.

Bir çox hərbi ekspertlər müharibədə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı PUA və ağır artilleriya taktikasını və XXI əsr üslubunda müharibə aparılması müsbət dəyərləndiriblər. Honkonqda yayımlanan “South China Morning Post” qəzeti qeyd edir ki, “Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular.”2020-ci il dekabr ayında Böyük Britaniya müdafiə naziri Ben Uollis qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzrə qələbəsindən sonra, Böyük Britaniya Silahlı Qüvvələri yeni PUA proqramı yaradacaq. 2021-ci il may ayında ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığının rəhbəri və general-leytenant Stiven Foqarti ABŞ kibermüharibənin dəstəklənməsi üzrə ilk taburunun formalaşdırılması zamanı Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsini istifadə etməsini qeyd edib.

2021-ci il iyunun 14-də “The Times” qəzetində Almaniya Silahlı Qüvvələrinin hərbi strategiya ekspertinin sözlərinə görə, hipotetik münaqişədə Almaniya dron hücumuna qarşı zəif hazırlıqlı olduğundan, “Azərbaycanla müharibəni uduzardı”.Ekspert qeyd edir ki, Almaniyanın böyük, amma ləng, yöndəmsiz və köhnəlmiş elektron döyüş avadanlığı ilə təchiz döyüş qrupları, Azərbaycan kiçik, amma çevik qüvvəsi və dronları üçün asan hədəflərə çevrilə bilərdi.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi.

Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir”.

Talıblı Nurcan Talıb qızı. Bakı Qızlar Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki