Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
8°Bakı
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
Dünya

Nyu-Yorkda yenidən karantin rejimi tətbiq olunacaq

Nyu-Yorkda yenidən karantin rejimi tətbiq olunacaq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Son günlər ABŞ-ın Nyu-York şəhərində koronavirus pandemiyasına yoluxanların sayının artması səbəbindən yenidən karantin rejimi tətbiq oluna bilər.   8,5 milyon insanın yaşadığı şəhərin bələdiyyə sədri Bill de Blasio sabahdan etibarən məktəblərin ehtiyat məqsədilə bağlanacağını bildirib. Qərara əsasən, 300 min şagird yenidən təhsilini onlayn yolla davam etdirəcək. Ancaq bir çox valideynlər bələdiyyə sədrinin ofisinin binası qarşısında qərara etiraz ediblər.   Bill de Blasio Nyu-Yorkda pandemiyanının ikinci dalğasının başlandığını açıqlayaraq sosial məsafə rejiminin sərtləşdirilməsi ilə şəhərdə tam karantin tətbiq olunmasını təklif edib. Nyu-York bələdiyyəsi restoranların, idman salonlarının, alış-veriş mərkəzlərinin və bütün ictimai obyektlərin fəaliyyətinin tamamilə dayandırılmasını planlaşdırır. Ancaq əyalət qubernatoru Endryu Kuomo bələdiyyə başçısının təklifinə qarşı çıxıb. Bu səbəbdən də şəhərdə yenidən tam karantinin tətbiq olunub-olunmayacağı sual altındadır.   Qeyd edək ki, Nyu-York şəhəri uzun müddət pandemiyanın episentri olub. Rəsmi məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 11 milyonu ötüb, 255 mindən çox insan isə ölüb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=11849