“O jurnalın indi də məni hədəf aldığını eşitdim”– Erdoğan

“O jurnalın indi də məni hədəf aldığını eşitdim”- Erdoğanbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “Şarli Hebdo” jurnalının yayımladığı təhqiramiz karikaturaya münasibət bildirib.

Busaat.az xəbər verir ki, Ərdoğan bu barədə AK partiyanın iclasında çıxış edərkən açıqlama verib.

“Fransada Peyğəmbərimizin çirkin və əxlaqsız karikaturalarını dərc edən jurnalın indi üz qabığında yayımladığı karikatura ilə məni hədəf aldığını eşitdim. Karikaturaya baxmadım, çünki etdikləri şeyi görmək üçün belə əxlaqsız nəşrlərə xeyir verməyi lazımsız hesab etdim. Peyğəmbərimi təhqir edən bu şərəfsizlər haqqında bir şey deməyə ehtiyacım yoxdur.

Üzüntüm və qəzəbim mənə edilən iyrənc hücumdan deyil, eyni qrupun Peyğəmbərimizə qarşı ədəbsizliyin mənbəyi olmasıdır. Onların hədəfinin şəxsim deyil, qoruduğumuz dəyərlər olduğunu bilirik. Ölkəmizdə bunların tərəfdarlarının olduğunu bilirik və görürük. Hətta aralarında bu parlamentdə oturanların olduğunu da bilirik”,- deyə Ərdoğan qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90