“O, Qarabağdan tamamilə çıxmayana qədər istəyimizə nail olmayacağıq” – POLİTOLOQ

image-ruben-vardanyan-1backend

“Vardanyan “dövlət naziri” vəzifəsindən azad olundu. Lakin o, hələ də Qarabağdadır”.

Bunu Vardanyanın vəzifədən azad olunması fonunda gələcək proseslərdən danışan politoloq Elxan Şahinoğlu Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya ötən ilin sentyabrında Vardanyanı Qarabağa göndərməklə mövqelərini möhkəmləndirmək, rəsmi Bakı ilə təmaslara keçmək, sonra isə reytinqi yüksələrsə Ermənistanda Paşinyanı əvəz etməyi düşünürdü:

image-1553514748_1507876010_elxan

“Ancaq heç biri alınmadı. Azərbaycan bu planları pozdu. Çünki Vardanyanın gəldiyi ilk gündən təxribatçı olduğu qeyd edildi. Korrupsioner Vardanyan pullarını gizlətməyə çalışır. Çünki, Ukraynaya qarşı müharibə fonunda Rusiyanın oliqarxlara sanksiyaları mövcuddur. Vardanyan gəldiyi gündən təxribatçı açıqlamalar verdi. Azərbaycanın tələbi onun gəldiyi yerə qayıtması idi. Bizim tələbimizin birinci hissəsi yerinə yetirildi. Vardanyan “dövlət naziri” vəzifəsindən azad olundu. Lakin o, hələ də Qarabağdadır. Dünən və bugün yenə də təxribatçı açıqlamalar verib. Vardanyan Qarabağı tamamilə tərk etməyənə qədər istəyimizə nail olduq deyə bilmərik”.

“Azərbaycan Qarabağdakı ermənilərlə dialoqu istisna etmir. Ancaq danışıqlar kənardan gələn şəxslə yox, içərdən kiminləsə olmalıdır. Lakin bu o demək deyil ki, Qarabağda doğulan Araik Arutyunyanla təmasa keçək. Onun haqqında da Vətən müharibəsi zamanı Gəncənin bombalanması ilə bağlı cinayət işimiz var”, – deyə politoloq əlavə edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki