Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 355 $▲0.23%
  • Ethereum2 249 $▲0.36%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
İqtisadiyyat

“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib – FOTO

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə “Zaman Art Gallery”-də “Azad Xocalı — kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirilib. Sərgidə 5-15 yaş arası azyaşlı rəssamların müxtəlif texnikalarla yaratdıqları əsərlər nümayiş olunub. Ümumilikdə 27 rəssamın 40-a yaxın rəsm əsəri sərgilənib.

Əsərlərdə 1992-ci il fevralın 26-da ömürlük yaddaşımıza soyqırım kimi həkk olunmuş faciəvi günün izləri, Xocalının dünəni və Azərbaycan bayrağının dalğalandığı, yerli sakinlərin nəfəsi ilə isinən, ana qucağına qovuşan Azad Xocalının bu günü təsvir olunub. Hər bir rəsmdə Xocalının keçmişində yaşanan dəhşətlərdən bu günün azad və güclü Xocalısına qədər olan müddətdəki dərin izlər və dəyişikliklər təsvir edilib.

Sərgidə “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, sərginin təşkilində xüsusi dəstək göstərən rəssam Aynur Sakitqızı, YUNESKO-nun Rəssamlar Birliyinin fəxri üzvü , Respublika və Beynəlxalq müsabiqələr qalibi Nizar Məmmədov, Avropa təbii elmlər Akademiyasının irs bölməsinin direktoru, professor Solmaz Amanova çıxış ediblər.

Sərgidə iştirak edən azyaşlı rəssamlara “OBA” marketlər şəbəkəsi tərəfindən sertifikatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Xocalı azadlığına qovuşduqdan sonra orada fəaliyyətə başlayan ilk market məhz “OBA” olub. Hazırda Xocalıda “OBA” marketlər şəbəkəsi iki filialı ilə sakinlərə məmnuniyyətlə xidmət göstərir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159835