Məzmuna keç
  • Brent neft110.24 $▲0.66%
  • WTI neft101.38 $▲0.42%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.036 $▲1.71%
  • Qızıl4 026 $▲0.10%
  • Gümüş53.98 $▼0.35%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 875 $▼0.21%
  • Ethereum2 310 $▼0.73%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
Gündəm

Ödəmə terminallarından 25 min oğurluq edən şəxslər saxlanılıb

image-lenkeran
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Lənkəranda ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, martın 23-də Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pul oğurlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev, və Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonu ərazisindəki 1 “Kapital Bank” və 1 “MilliÖn” ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22099 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib.

Oğurlanmış pul və danışıq kartları onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

image-pull

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42091