
Oğul anasını güllələdi- Saatlıda

Saatlı sakini anasını ehtiyatsızlıqdan güllələyərək öldürüb.
Busaat.az xəbər verir ki, Kamallı kənd sakini 1990-cı il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ov tüfəngindən ehtiyatsızlıq edərək anası Qəmbərova Tovuz Fərman qızını vurub.
Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.























