Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.83 $▲3.46%
  • WTI neft89.41 $▲3.17%
  • Avropa qazı (TTF)89.35 €▲5.08%
  • Təbii qaz (ABŞ)2.925 $▼0.24%
  • Qızıl4 130 $▼0.48%
  • Gümüş52.59 $▼0.95%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda602.00 ¢▲0.38%
  • Bitcoin79 482 $▼1.18%
  • Ethereum2 384 $▼1.56%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Kriminal

Ölkəyə kahı formasında külli miqdarda narkotik keçirmək istədilər - VİDEO

image-kahiii
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycandan keçməklə İrandan Rusiyaya tərəvəz yükü daşıyan yük maşınında qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik aşkar edilib.

KONKRET.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, yük maşını Astara Gömrük İdarəsində saxlanılıb. Şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanınan bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub. Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan kahı yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.

Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə – qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə – həşiş qətranı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132676