Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.65 $▼0.05%
  • WTI neft100.23 $▼0.56%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.007 $▼0.99%
  • Qızıl4 073 $▲1.06%
  • Gümüş54.51 $▲1.40%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda614.00 ¢▼0.08%
  • Bitcoin80 358 $▲0.44%
  • Ethereum2 341 $▲0.88%
  • S&P 5007 717▲0.53%
17°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Gündəm

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub (FOTO)

image-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində birgə fəaliyyət davam etdirilir.
Bu barədə Busaat.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Milli Preventiv Mexanizm fəaliyyəti sahəsində formalaşmış ölkə təcrübələrinin mübadiləsi, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə TİHEK-in sədri Muharrem Kılıçın dəvəti əsasında Ombudsman Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Qaziantep şəhərində təcrübə mübadiləsində olub.
Səfər müddətində Qaziantep Şehitkamil açıq tipli cəzaçəkmə müəssisəsinə və Qaziantep Şehitkamil Ərazi Polis İdarəsinin müvəqqəti saxlanma yerlərinə başçəkmələr təşkil olunub. Nümayəndə heyəti müəssisələrdəki qanunvericilik əsaslı yeniliklərlə, saxlanılan şəxslər üçün yaradılan imkanlarla, ümumi şəraitlə, eləcə də həmin şəxslərin hüquqlarının təmini vəziyyəti, burada formalaşmış təcrübə ilə yaxından tanış olub.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun yeni açılmış Qaziantep bürosu da ziyarət olunub. TİHEK-in ilk bürosu barədə ətraflı təqdimatlar verilib. Azərbaycan Ombudsmanın regional mərkəzlərinin illərdir formalaşmış təcrübəsi barədə Səbinə Əliyevanın təqdimatı maraqla qarşılanıb. Hər iki qurumun fəaliyyət istiqamətləri barədə fikir və təcrübə mübadiləsi aparılıb, qarşılıqlı şəkildə suallar cavablandırılıb.
Səfər çərçivəsində, həmçinin Qaziantep Böyükşəhər bələdiyyə sədri Fatma Şahin, Şahinbey rayon bələdiyyə sədri Mehmet Tahmazoğlu, şəhər valisi Kemal Çeber, Qaziantep Baş prokuroru İsmail Karataş ilə görüşlər də keçirilib.

image-3 image-4 image-5 image-6 image-7 image-8

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158000