
Onkoloji xəstə intihar etdi

Gəncədə onkoloji xəstə intihar edib.
Busaat.az-ın xəbərinə görə, şəhər sakini, 1946-cı il təvəllüdlü Rahilə Niftəliyeva sirkə turşusu içərək özünü zəhərləyib.
O, dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.
Məlumata görə, R. Niftəliyeva onkoloji xəstəlikdən əziyyət çəkirmiş.























