Onlar Zelenski ilə ABŞ-yə gedəcək

image-volodimir-zelenski1backend

Ukrayna prezidenti Vladimir Zelenski, onun ofisinin rəhbəri Andriy Ermak, ölkənin müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko ilə birlikdə iyulun 2-də ABŞ-yə gedəcək.

Busaat.az xəbər verir ki, bu barədə “Politico”nun köşə yazarı Pol Makliri “X” sosial şəbəkəsində məlumat verib.

Jurnalistin sözlərinə görə, Kiyev nümayəndələri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşəcəklər.

Bildirilib ki, tərəflər Ukraynaya ölkənin enerji infrastrukturu üçün yardımın ayrılmasını müzakirə edəcəklər.

“Bir neçə mənbə mənə dedi ki, onların siyahısının başında gələn həftə keçiriləcək sammitdə ABŞ və alyansın Kiyevə NATO-ya üzv olmaq dəvətindən başqa hansı təhlükəsizlik zəmanətini təklif etməyə hazır olduqlarını öyrənmək dayanır ”, – MakKliri yazıb.

Nərgiz Səlimova

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki