Oqtay Əliyevin dəfni ilə bağlı AÇIQLAMA: “Yaxşı olardı ki, bunu…”

image-1679654373_1679503089_530155backend

“Beynəlxalq təcrübəyə baxsaq, medianın vəfat edən adamın dəfn mərasimini işıqlandırmasında, o cümlədən şəkillər çəkməsində heç bir qəbahət yoxdur. Dünyanın aparıcı ölkələrində, hətta qardaş Türkiyədə belə tip məsələlər çox adi qarşılanır”.

Busaat.az xəbər verir ki, bu sözləri Yensiabah.az-a açıqlamasında Cümşüd Nuriyev deyib.

O, prodüser Oqtay Əliyevin dəfn mərasimində bir sıra media işçilərinin narazılığa səbəb olan hərəkətlərinin tənqid edilməsinə münasibət bildirib.

Xatırladaq ki, analoji bəyanatla çıxış edən aparıcı Turan İbrahimov indidən öz dəfninə media təmsilçilərinin buraxılmamasını vəsiyyət edib.

Öz növbəsində, C. Nuriyev qeyd edib:

“Nəzərə alsaq ki, dünyasını dəyişən tanınmış bir insandır, cəmiyyətdə özünün və xanımının kifayət qədər hörməti var, qardaşı da aparıcıdır, onda media işçilərinin bu fəaliyyəti anlaşılandır. Digərləri bunu qısqanclıqla qarşılamamalıdırlar.

Əslində, bunların özü rəhmətlik Oqtay Əliyevin üzərindən qara piar qururlar. Bu da düzgün deyil. Azərbaycan adət-ənənəsində də var ki, kimin yası düşürsə, hamı oraya gəlir, öz fikrini bildirir. Eyni zamanda, bu, media üçün də bir informasiya mənbəyi olduğuna görə fəallığı başqalarından fərqlənməlidir.

Biri var, başsağlığı verməyə, biri də var ki, öz media yoldaşının həyatını işıqlandırmaq, hadisələr barəsində məlumatlar verməyə gəlirsən. Ola bilsin ki, bəzi şeylərdə çılğınlığa və bayağılığa yol versinlər. Amma bu, məncə, normal qəbul olunmalıdır. Axı, bura İran deyil ki, İslamı bu qədər fundamentallaşdıraq. Ehtiyac yoxdur. İslamda bu barədə hansısa qadağa belə mövcud deyil”.

C. Nuriyev əlavə edib: “Mən İraqda, Misirdə, Suriyada, İordaniyada keçirilən yas mərasimlərinə baxmışam. Orada video da çəkirlər, qəbirə qoyanda da lentə alırlar. Onlar da müsəlman dövlətidir. Burada qeyri-adi bir şey yoxdur. Bundan ötəri mediaya hücum etmək, bir şeyləri gündəmə gətirərək özünü hamıdan fərqli hiss etdirmək heç bir şöhrət gətirməyəcək. Yaxşı olardı ki, bunu adi həyat tərzi kimi qəbul edələr”.

“Azərbaycandakı media işçilərinin yarısı natamamlıq kompleksi yaşayır. Biri var, mediada daim özünü dəbdə hiss edəsən, biri də var, zaman-zaman. O media işçiləri daha təcrübəlidir ki, onlar zaman-zaman informasiyaları olduğu kimi çatdırmağa üstünlük verirlər. Amma bəziləri natamamlıq kompleksi yaşadığına görə elə fikirləşirlər ki, bu fikirləri efirdə, yaxud mətbuatda söyləməsələr, mətbuat və efirin səviyyəsi guya aşağı düşəcək.

Bu düşüncə tərzi müasir zamanla ayaqlaşmayan insanlarındır. Bir də ki mediaya jurnalistikadan gəlməyən adamlarda belə problemlər yaşanır. Onları qınamaq lazım deyil. Əksinə, onlara Allahdan şəfa diləyirəm”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki