Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.35 $▲1.01%
  • WTI neft86.57 $▲1.05%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.307 $▲2.93%
  • Qızıl4 051 $▼1.79%
  • Gümüş52.24 $▼1.90%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 563 $▼0.18%
  • Ethereum2 058 $▲0.35%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

image-21
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq birinci sinifə qəbul edilib. Buna baxmayaraq 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. 

Busaat.az xəbər verir ki, agentlikdən bildirilib ki 2024-2025-ci illər üçün 130 min məktəbyaşlı uşağın qeydiyyatdan keçməsi proqnozlaşdırılır.

Yəni təxminən 3 min valideyn dərslər başlayanadək övladlarının birinci sinifə qəbulu ilə bağlı müraciət etməlidir.

Bəs valideylər övladlarını təhsildən yayındırmağa cəhd etsə, onları hansı cəza gözləyir?

Mövzu ilə bağlı Modern.az-a danışan hüququşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda 9-cu sinifə qədər təhsil icbaridir.

“Əgər valideynlər övladlarını təhsildən yayındırarsa, onlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər. Bu maddəyə əsasən valideynləri 40 manatdan 60 manata qədər cərimə oluna bilər”, – o qeyd edib.

Hüquqşünas qeyd edib ki, valideynlər bəzən məsuliyyətsizlikdən, bəzən övladlarını özəl təhsil müəssələrinə yönləndirdiyi üçün qeydiyyatdan keçməyə gecikirlər:

“Valideyn bilgisizliyi və etinasızlığı səbəbindən qeydiyyat məsələsi unudulur və burada da yeni problemlər yaranır, məsələn onlar qeyri-rəsmi yollarla övladlarını təhsilə cəlb etmək istəyir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145532