Özbəkistanın Kokand Dövlət Universitetində 2025-2026-cı tədris ilində Azərbaycan dili tədris olunacaq.
Busaat.az xəbər verir ki, bu haqda məlumatı saytımıza Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildiriblər.
Belə ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kokand Dövlət Universiteti ilə həmkarlıq çərçivəsində növbəti tədris ilindən etibarən sözügedən ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisi təşkil ediləcək.