Məzmuna keç
  • Brent neft95.79 $▲4.93%
  • WTI neft88.74 $▲4.07%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.367 $▲3.03%
  • Qızıl3 882 $▼2.47%
  • Gümüş49.94 $▼2.89%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 488 $▼3.30%
  • Ethereum2 016 $▼1.83%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Gündəm

Zəngəzura ABŞ yox, bu ölkə NƏZARƏT EDƏCƏK

image-zengezur-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Vaşinqtonda İrəvan-Bakının memorandumun imzalanmasında Ankaranın mühüm rolu olub və gələcəkdə onun Zəngəzur dəhlizinin açılmasında iştirak dərəcəsi ABŞ-dən qat-qat yüksək olacaq”.

Busaat.az teleqraf.az-a istinadən xəbər verir ki, bunu erməni türkoloq Mqer Abramyan deyib.

“Bu sənəddən ən çox razı qalan Türkiyədir. Belə desək, sənəd Türkiyənin istəklərinə uyğunlaşdırıldı və Ankara onun ABŞ-də imzalanmasını hər cür təşviq etdi. Əgər bu məsələyə Amerika tərəfindən hər cür şərait yaradılarsa, o zaman bu məsələyə aydınlıq gətiriləcək”, – ekspert bildirib.

Abramyan qeyd edib ki, dəhlizə Ankara nəzarət edəcək, çünki ABŞ və Türkiyə strateji müttəfiqdir və NATO-nun bir hissəsidir.

Analitik əlavə edib ki, NATO-nun son bəyanatları fonunda Türkiyənin regiondakı rolu artıb və ölkənin Avropanın təhlükəsizliyini təmin etməyə qadir olan Alyansın əsas dövlətlərindən biri kimi vurğulanır. Abramyanın iddiasına görə, regionda mövqeləri daha da güclənən Türkiyə Cənubi Qafqazda öz təsirini artırır, Rusiya və İranı sıxışdırır.

Abramyan Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün mühüm imkanlar açması barədə bəyanatını da şərh edib:

“Bəyannamənin imzalanmasının Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracağı ilə bağlı bəyanat yalnız ondan irəli gəlir ki, Ermənistan hakimiyyəti Ankaranın bütün tələblərini yerinə yetirir və yerinə yetirəcək. Ankara bütün şərtləri yerinə yetirdikdə İrəvanla münasibətlərini normallaşdıracaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170303