Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft103.46 $▼0.06%
  • WTI neft96.04 $▲0.25%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.904 $▲1.15%
  • Qızıl4 038 $▲1.81%
  • Gümüş51.83 $▲3.75%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda599.50 ¢▲1.05%
  • Bitcoin78 247 $▲1.18%
  • Ethereum2 315 $▲1.92%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Pakistan ABŞ-la Ukrayna üçün gizli silah müqaviləsi imzalanması xəbərini əsassız sayır

image-pakistan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pakistanın diplomatik qurumu “The Intercept” xəbər portalının Vaşinqtonun Kiyevə hərbi təchizat müqabilində İslamabad üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə sövdələşməyə vasitəçilik etməsi ilə bağlı xəbərini yalan adlandırıb.

Busaat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Zəhra Bəluç bildirib.

“BVF-nin Pakistan üçün gözləmə razılaşması çətin, lakin vacib iqtisadi islahatların həyata keçirilməsi üçün Pakistan və BVF arasında uğurla müzakirə edilib. Bu danışıqlara başqa rəng vermək doğru deyil”, – sözçü söyləyib.

O, bildirib ki, Pakistan Ukrayna və Rusiya arasındakı mübahisədə ciddi neytrallıq siyasətini davam etdirir və bu kontekstdə onlara heç bir silah və sursat vermir. Pakistanın müdafiə ixracı həmişə ciddi son istifadəçi tələbləri ilə müşayiət olunur.

Bazar günü ABŞ-ın qeyri-kommersiya xəbər təşkilatı olan “The Intercept” ona sızan qeydlərə istinad edərək, “Birləşmiş Ştatlar Ukrayna üçün gizli silah müqaviləsi ilə Pakistana BVF-dən yardım almağa kömək etdi” xəbərini yaymışdı.

Hesabata görə, pakistanlılar ən azı 900 milyon dollar dəyərində silah yardımı göstəriblər ki, bu da BVF-nin istədiyi maliyyə çatışmazlığını bərpa etməyə yardım olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122293