Papa II İohann Pavel keşişlərin uşaq istismarına göz yumub? – ARAŞDIRMA

image-thumbs_b_c_8f65c40d18bc6bd55d6a87e60b39a4efbackend

Hollandiyalı jurnalistin araşdırması nəticəsində məlum olub ki, Papa II İoann Pavel (İoannes Paulus) Katolik Kilsəsinin rəhbəri olmadan öncə, idarəsindəki bölgədə bəzi keşişlər uşaq istismarına yol verib və o, buna məhəl qoymayıb.

Busaat.az xəbər verir ki, Hollandiyanın NOS adlı ictimai yayım platformasındakı xəbərlər arasında jurnalist Ekke Overbekin üç il ərzində qələmə aldığı Papa II İohann Pavelin anadan olduğu və yepiskop kimi fəaliyyət göstərdiyi Polşada apardığı arxiv araşdırması yer alıb.

Sözügedən araşdırmaya görə, Papa II İohann Pavel yepiskop olduğu Polşanın Krakov şəhərində idarəsi altında olan bəzi keşişlərin cinsi istismarına məhəl qoymayıb və onları işdən azad etməyib.

Uşaq istismarında günahlandırılan Eugeniusz Surgent adlı bir keşişin otaq yoldaşının verdiyi məlumata görə, Surgent II İoann Pavelə yazdığı məktubda uşaq istismarına görə bağışlanma diləməsinə baxmayaraq, təcavüzü təkrarlayıb.

Uşaqlara qarşı zorakılıq etməkdə ittiham olunan başqa bir keşiş də II İohann Pavellə danışıb.

Araşdırmanı şərh edən Overbeek qeyd edib: “Krakov yeparxiyasında bəzi keşişlər tərəfindən uşaqlara qarşı zorakılığa dair güclü dəlillər tapdım. Mən aşkar etdim ki, hələ papalığa gəlməmiş II İohann Pavel zorakılığa məhəl qoymayıb, zorakılıq edən keşişləri başqa yerlərə göndərib, onların öz vəzifələrini davam etdirməsinə icazə verib, nəticədə yeni qurbanlar yaranıb”.

Xəbərdə Jurnalist Overbeekin araşdırmasını kitab olaraq hazırladığı və tezliklə polyak dilində nəşr olunacağı bildirilib.

 

KATOLİK KİLSƏSİ SUALLARA CAVAB VERMƏDİ

NOS, Katolik Kilsəsi və Krakov Yeparxiyasının Overbeek-in araşdırması ilə bağlı iddialara cavab vermədiyini, Vatikanın isə Papa II İohann Pavelin Krakovda işlədiyi dövrü araşdıra biləcəyini və o dövrdə zərər çəkmiş şəxslərin üzə çıxarılmasını istədiyini bildirib.

Papalığa başladığı 1978-ci ildən 2005-ci ildə ölümünə qədər katolik dünyasının ruhani lideri olan Papa II İohann Pavel 1958-1964-cü illərdə Krakov yepiskopu olub.

Hesabatda qeyd olunub ki, Polşa xüsusi xidmətinin arxivləri ictimaiyyət üçün açıqdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki