
Parisdə kilsələri yandırmaq iddiası ilə saxlanılan şübhəli psixiatriyaya göndərildi
Parisdə kilsələrə qarşı artan yanğın hadisələri səbəbiylə başladılan istintaq işi çərçivəsində nəzarətə alınan şübhəli psixiatriya xəstəxanasına göndərilib.
Busaat.az xəbər verir ki, Fransa polisi 47 yaşlı şübhəlini Parisdəki Saint-Laurent Yunan-Katolik Kilsəsində yanğın törətdiyi üçün nəzarətə götürüb.
Ukraynalı olduğu bildirilən şübhəlinin psixi pozğunluğunun yoxlanılması üçün psixiatriya şöbəsinə köçürülüb.
Qeyd edək ki, yanvarın 17-dən bəri Parisdə bir çox kilsəyə qarşı yanğın cəhdləri edilib və prokurorluq kilsəyə ciddi ziyan vuran yanğınlarla bağlı araşdırmalara başlayıb.
Busaat.az






















