Paşinyan Azərbaycanın Gorus-Qafan yolunda post qurduğunu təsdiqlədi

image-pasinyan-1backend

Ermənistanın baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycan tərəfinin sərhəd-gömrük nəzarət məntəqəsi yerləşdirəcəyi haqda daha əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqladığı məlumata münasibət bildirib.

Paşinyan bu gün hökumətin iclasında bu haqda danışıb və təsdiq edib ki, Azərbaycan Gorus-qafan yolunun üzərində gömrük nəzarəti tətbiq etmək istəyir, ona görə də Ermənistan vətəndaşları alternativ yoldan istifadə etməli olacaqlar. Onun sözlərinə görə, Azərbaycan tərəfi erməni tərəfini məlumatlandırıb ki, noyabrın 11-i gecə yarısından etibarən onlar Ermənistandan gələn sərnişinlər və yüklər üçün həmin yolda gömrük-pasport nəzarəti tətbiq edəcəklər. Necə ki, avqust ayından etibarən İran yük maşınları üçün bu rejim tətbiq edilir.

Erməni KİV-lərinin məlumatına görə, Paşinyan bu ifadəni işlədib: “Azərbaycan yolun öz ərazisindən keçən Eyvazlı-Çayzəmi hissəsində gömrük nəzarəti tətbiq etmək istəyir”.

Paşinyan bildirib ki, bununla əlaqədar Ermənistan vətəndaşlarını Qafan-Aqvani-Tatev alternativ yoluna istiqamətləndirmək qərara alınıb. Hansı ki, onillərdir keçmilməz vəziyyətdə olan həmin yol artıq təmir olub və praktiki olaraq hazırdır.

“Mən həmin yolla getmişəm və deyə bilərəm ki, keyfiyyətli yol tikilib. İndi həmin yolu qoşqulu maşınların keçməsi üçün abadlaşdırmaq lazımdır. Ötən gecə ərzində həmin yolla Qafana yüzdən çox maşın keçib, o cümlədən İran maşınları”,-Paşinyan deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki