Sərhədlərin dəqiqləşdirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün lazımdır”.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Bölgənin stabilləşməsi bizim üçün vacibdir. Sərhədlərin dəqiqləşdirilməsi Ermənistan üçün olduğu qədər Azərbaycan üçün də lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi və müəyyən bir mərhələdə demarkasiya və delimitasiya təhlükəsizliyin vacib bir zəmanətidir”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bu asan bir proses deyil: “Regionumuzda bu prosesi bitirən bir ölkə yoxdur”.
Paşinyan, həmçinin regional kommunikasiya xətlərinin açılmasının hökumətin əsas prioritetlərindən biri olduğunu qeyd edib.