Paşinyandan sərhəddəki hadisə ilə bağlı İLK AÇIQLAMA - Sərhədi minalayırdıq
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gecə Kəlbəcər istiqamətində baş verən hadisə ilə bağlı açıqlama verib.
Busaat.az xəbər verir ki, onun iddiasına görə, erməni hərbçilər dövlət sərhədini pozmayıb. Paşinyan iddia edib ki, hərbçilər Ermənistanın dövlət sərhədinin təhlükəsizliyinin artırılması məqsədilə minalama işləri aparərkən və bu zaman xəbərdaredici nişanlar qoyarkən əsir götürülüblər. Erməni nazir bildirib ki, bəziləri bu olayı daxili siyasi alətə çevirməməli və orduya qarşı istifadə etməməlidir.
Qeyd edək ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.





