Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.60 $▼9.58%
  • WTI neft87.32 $▼8.85%
  • Avropa qazı (TTF)84.99 €▼7.69%
  • Təbii qaz (ABŞ)2.949 $▲2.72%
  • Qızıl4 079 $▲2.82%
  • Gümüş52.45 $▲4.98%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda604.75 ¢▲1.94%
  • Bitcoin80 339 $▲3.89%
  • Ethereum2 427 $▲6.84%
  • S&P 5007 708▲1.84%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Analitika

“Paşinyanın heç vaxt Qarabağ iddiası olmayıb fikirləri yalnışdır” - POLİTOLOQ

image-resized_7e02b-3e7a7262azerbaycansavashaliila212_241
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Paşinyanın heç vaxt Qarabağ iddiası olmayıb fikirləri yalnışdır”.

Bunu Busaat.az-a açıqlamasında Ermənistan blokunun deputatı İşxan Saqatelyanın “hakim rejim Ermənistan və Qarabağ haqqında deyil, öz təhlükəsizliyi barədə düşünür” bəyanatına münasibət bildirən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov deyib.

image-1459352

Becanov bildirib ki, kimin nə deməsindən asılı olmayaraq Ermənistan Qarabağı erməniləşdrmək haqqında 30 il düşünüb və işğal altında saxlayıb: “Nəticə olaraq Ermənistan Qarabağı erməniləşdirməyi bacarmadı. Azərbaycan torpaqlarının işğal altında olması ilə heç vaxt barışmadı. Sülh prosesi üçün danışıqlar 30 ilimizi əlimizdən aldı. Ermənistan 30 il ərzində sülhdən yayındı”.

Paşinyanın Qarabağa iddiası olmadığı barədə yayılan fikirlərə münasibət bildirən Rafail Becanov qeyd edib: “Paşinyanın heç vaxt Qarabağa iddiası olmayıb fikirləri yalnışdır. Paşinyan tam iki il Sarkisyan və Köçəryanın yolunu davam etdirib. İki il sülh danışıqlarından boyun qaçırıb. 2020-ci il 44 günlük “Vətən müharibəsi”ndə Azərbaycan hərb yolu ilə məsələni həll edib”.

Bölgədə davamlı sülhün əldə edilməsinə toxunan politoloq vurğulayıb: “10 Noyabr bəyanatının müddəalarının , eləcə də sülh şərtlərinin yerinə yetirilməsinin təmin olunması üçün Azərbaycan lazımi addımları atacaq. Müxtəlif yollara əl ataraq – ATƏT-in Minsk qrupunu diriltmək, Fransa faktorundan istifadə edərək Azərabaycana təzyiq göstərmək istəyirlər. Bu istəklərin heç bir nəticəsi olmayacaq. Ermənistan siyasi, iqtisadi, hərbi müstəvidə Azərbaycanla rəqabətə girə bilmədiyi üçün “Paşinyanın heç vaxt Qarabağ iddiası olmayıb” kimi fikirlər səsləndirir”.

Busaat.az/Ələsgər

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93061