Paytaxt Bakıdan başqa şəhərə köçürülür? — AÇIQLAMA

Paytaxt Bakıdan başqa şəhərə köçürülür? — AÇIQLAMAbackend
Zaman-zaman müzakirə olunan məslələrdən biri də paytaxın Bakıdan digər böyük şəhərlərə köçürülməsidir. Pandemiyadan sonra bu məsələ yenidən müzakirə oluna bilərmi?

Busaat.az bildirir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu məsələyə baxıla bilər:

“Belə məsələlər ancaq ictimaiyyətdə müzakirə olunur. Bununla bağlı məsələ sosial şəbəkələrdə də müzakirə olunduğunun şahidi olmuşam. Qeyd edim ki, bu məsələ hazırkı, dövrdə heç də asan deyil. Çünki biz müharibə şəraitində yaşayırıq. Demək olar ki, bizdə münaqişə başa çatmayıb. Düzdür, keçmişdə belə bir təcrübə olub. Postsovet məkanında paytaxt Almatı şəhərindən Astanaya köçürülüb. Onlarda münaqişə olmadığına görə bunu asanlıqla ediblər. Bizdə isə bu məsələyə hərtərəfli baxılmalı və müzakirə olunmalıdır. Münaqişə başa çatmayana qədər hər hansı bir addımlar atılsa ciddi problemlərə səbəb olar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90