Məzmuna keç
  • Brent neft110.27 $▲0.68%
  • WTI neft101.25 $▲0.29%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.039 $▲1.81%
  • Qızıl4 031 $▲0.23%
  • Gümüş54.04 $▼0.24%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin80 055 $▲0.01%
  • Ethereum2 312 $▼0.65%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
Sosial

Paytaxtda sakinlərin yolunu dövlət qurumu satıb? — VİDEO

image-kyfzymafozqfwmoqxrpsqdthyo7kz2ftwtkbbthp_1200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində yaşayan sakinlər qəsəbəyə giriş-çıxış yollarının bağlanmasından şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, sözügedən ərazidə sahibkar torpaq sahəsi alaraq restoran sahibinə satıb. Daha sonra həmin yerdə hasar çəkilərək onların yolu bağlanıb.

“Qəsəbəyə çıxmaq üçün 100 metr yol var idi. İndi uşaqlarımız da, özümüz də 2-3 km yol getməyə məcburuq”, – deyə sakin gileylənib.

Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin onlarla heç bir əlaqəsi yoxdur və məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti səlahiyyətli orqandır.

Bu qurumdan isə məlumat verilib ki, Bakı Şəhər İcra Hakimiyyəti və ya Qaradağ Rayon İcra Hakimiyyəti müraciət etdiyi təqdirdə Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin ayrılmasına qanunvericiliyin tələblərinə uyğun münasibət bildirəcək.

O da bildirilib ki, xidmətin balansında olan 22 saylı avtodayanacağın hərrac vasitəsilə özəlləşdirilməsi barədə 21.10.2016-cı il tarixdə qərar qəbul edilib, 13.02.2018-ci il tarixdə keçirilən hərracda obyekt torpaq sahəsi ilə birlikdə hərracın qalibi tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Həmin ərazi yol istismar sahəsi olaraq nəqliyyat-yol infrastrukturuna daxil olmayıb və bu halı təsdiq edən hər hansı sənəd təqdim edilməyıb.

“Müvafiq ərazidə yerli icra hakimiyyəti tərəfindən inşa edilmiş nəqliyyat-yol infrastrukturu mövcuddur. Sakinlər daha yaxın olması üçün özəlləşdirilmiş sahədən yol istəyirlər. Bu isə torpaq mülkiyyətçisi ilə istifadəçilər arasında qarşılıqlı razılaşma, yaxud məhkəmənin qərarı ilə mümkündür”, – deyə əlavə edilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=146320