Pentaqon rəsmisi dron qalıqlarının çıxarılması ehtimalı ilə bağlı sualdan yayınıb
Pentaqonun mətbuat katibi Patrik Rayder Birləşmiş Ştatların Qara dənizdən MQ-9-un qalıqlarını çıxarmağa cəhd edib-etməyəcəyi sualına birbaşa cavab verməyib.
Busaat.az-ın xarici mediaya istinadən məlumatına görə, Vaşinqton hesab edir ki, Rusiya çərşənbə axşamı Qara dəniz üzərində Rusiya qırıcısı tərəfindən tutulan pilotsuz uçuş aparatının hissələrini hələ də əldə etməyib.
“Hazırda mənim bildiyimə görə, ruslar həmin texnikanın qalıqlarını tapmayıblar. Amma yenə də, bizim səylərimiz baxımından, hazırda təqdim etdiyimiz hər hansı bir yeniləmə yoxdur”, – sözçü bildirib.





