Dünyaca məşhur rəssamlar Pablo Pikasso və Piko Mondrianın 2012-ci ildə oğurlanan rəsm tabloları tapılıb.
Busaat.az xəbər verir ki, oğurlanmış tabloları Yunanıstan polisi aşkarlayıb. 9 yanvar 2012-ci ildə Yunanıstanda Milli Qalereya zalında təşkil olunan sərgidə oğurlanan əsərlər dünən gecə tapılıb.
9 il sonra aşkarlanan tablolar Pikassonun “Qadın başı” və Mondrianın “Yel dəyirmanı” əsərləridir.
Hadisə ilə bağlı oğurluqda şübhəli bilinən 49 yaşlı şəxsin saxlanıldığı bildirilir.
Tural Turan