Yunanıstan öz vətəndaşlarının İsrail və Fələstindən təxliyəsini başa çatdırdı

image-yunanistanbackend

Yunanıstan İsrail və Fələstindəki vətəndaşlarının təxliyyəsin tamamlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, bölgəyə səyahət edən Yunanıstan vətəndaşlarından 90-ı bazar ertəsi, 68-i isə çərşənbə axşamı ölkələrinə qayıdıb. İsraildə yaşayan daha 72 Yunanıstan vətəndaşının ölkəyə gətirilməsi və onların təxliyyə tələbi ilə proses başa çatıb.

Yunanıstan vətəndaşları üçün təşkil edilən uçuşlarda Avstriya, Almaniya, İsrail, Albaniya, Belçika, Şimali Makedoniya, Bolqarıstan, İrlandiya, Latviya, Ukrayna və Panama vətəndaşları da bölgədən evakuasiya edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki