HƏMAS hərəkatı BMT və onun Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) İsrailin fələstinliləri Qəzzadan zorla çıxarmaq cəhdlərinə qarşı tədbir görməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu baədə HƏMAS-ın Telegram kanalında yayımlanan bəyanatda bildirilib.
“Biz BMT və UNRWA-nı məsuliyyəti öz üzərinə götürməyə və İsrailin fələstinliləri zorakılıqla sıxışdırmaq üçün sistematik cəhdlərinə müqavimət göstərməyə çağırırıq”, – sənəddə qeyd olunub.
BMT-nin baş katibi Stefan Düjarrik bildirib ki, daha əvvəl İsrail hakimiyyəti 1,1 milyon fələstinlinin 24 saat ərzində Qəzzanın cənubuna köçməsi barədə BMT-ni xəbərdar edib. Təşkilat rəsmisi deyib ki, bu, BMT-nin bütün işçilərinin, eləcə də məktəblər, tibb mərkəzləri və klinikalar da daxil olmaqla, BMT obyektlərinə sığınanların tələbinə aiddir.
Qəzza sakinlərinə anklavın cənubuna getməyə çağırış tez bir zamanda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi Telegram kanalına yükləndi.