ÜST İsrailin Qəzzadan cənuba təxliyə əmrini “ölüm hökmü” adlandırdı

image-ustbackend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin Qəzzanın şimalındakı 1 milyondan çox fələstinlini cənubdan təxliyə etməyə çağıran əmrini ölüm hökmü kimi qiymətləndirib.

Busaat.az xəbər verir ki, bu barədə ÜST-nin mətbuat katibi Tarik Jasareviç NBC News-a müsahibəsində deyib.

“Çoxu uşaq olan ağır xəstələrin köçürülməsi ölüm hökmüdür. Tibb işçilərindən bunu etmələrini istəmək insanlıqdan kənardır”, – təşkilat sözçüsü deyib.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik daha əvvəl demişdi ki, Birləşmiş Millətlər Təşkilatı bu cür hər hansı bir əmrin ləğvi üçün şiddətlə müraciət edib, çünki qlobal qurum belə bir hərəkətin dağıdıcı humanitar nəticələr olmadan baş verməsinin mümkünsüzlüyünə inanır.

Oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə qəfil hücum etməsi Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, oradakı və Livan və Suriya daxilindəki hədəflərə hava zərbələri endirib. İordan çayının qərb sahilində də döyüşlər başlayıb.

Yenidən başlayan zorakılıqların başlanmasından bəri 1500-dən çox fələstinli toqquşmalarda həlak olub, 7200-dən çoxu isə yaralanıb. İsraildə 1500-ə yaxın insan həyatını itirib, 4000-ə yaxın insan isə yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki