Fələstin radikal HƏMAS hərəkatının rəhbərliyi Qəzza zolağı sakinlərinin İsrailin anklavın cənub rayonlarına təxliyəsi ilə bağlı təcili tövsiyələrinə məhəl qoymamalarını dəstəkləyib.
Busaat.az xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi Telegram kanalında dərc edilmiş bəyanatda bildirilib.
“Biz möhkəm dayanırıq və evlərimizdə qalırıq, heç bir yerdəyişmə və deportasiya olmayacaq. Fələstin xalqı işğal olunmuş ərazilərin liderlərinin təhdidlərini və Qəzza sakinlərini evlərini tərk edərək cənub bölgələrinə və ya digər bölgələrə getməyə çağırışlarını rədd edir. Sionist işğalçılar, başlatdıqları psixoloji müharibənin Fələstin xalqının verdiyi qərarlara təsir edə biləcəyini düşünürlərsə, yanılırlar”, – sənəddə qeyd olunub.