Yunanıstanda son bir həftədə 19 nəfər “Qərbi Nil” virusundan dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.
Açıqlamada ölənlərin sayının 19-a yüksəldiyi və virusun xüsusilə Tessali, Orta Makedoniya, Şərqi Makedoniya, Trakya, Qərbi Makedoniya və Epirusda aşkar edildiyi bildirilib.
Mütəxəssislər yaxın aylarda yoluxma hallarının artacağını ehtimal edirlər.