Yunanıstanda kooperativə məxsus 37 ton zeytun yağı oğurlanıb.
Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Halkidiki bölgəsində fəaliyyət göstərən kooperativin anbarından 37 ton zeytun yağı oğurlanıb.
Zərərin 370 min avrodan çox olduğu təxmin edilir.
Bu il Yunanıstanda zeytun yağı istehsalında təxminən yüzdə 40 azalma gözlənilir.
İtaliya və İspaniyada hasilatın azalması səbəbindən bir kiloqram zeytun yağının satış qiymətinin 10 avroya çata biləcəyi proqnozlaşdırılır.