Yunanıstan İsraildəki 81 vətəndaşını təxliyə edib.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, iki fərqli turla İsrailə gedən 81 Yunanıstan vətəndaşı ölkəyə qayıdıb.
İsraildə 68 nəfərin təxliyəsi üçün işlərin davam etdiyi bildirilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiklərini açıqlayıb.
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.