Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 145 $▼0.77%
  • Ethereum2 322 $▼1.43%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Gündəm

Poladsız ilk Analar Günü... - Video

image-polad

Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Beynəlxalq Analar Günündə oğlunun məzarını ziyarət edib.

Busaat.az xəbər verir ki, Səmayə Həşimova Türkiyənin “Haberglobal” kanalına açıqlamasında Poladın əslində vəkil olmaq istədiyini, ancaq Azərbaycanın əzəli torpaqları ermənilər tərəfindən işğal edildiyi üçün əsgər olmağa qərar verdiyini ifadə edib.

Polad Həşimovun general rütbəsi aldığı gün bir ana kimi çox xoşbəxt olduğunu söyləyən Həşimova sözlərinə belə davam edib: “Formasını evə gətirdi. O gün alnından öpdüm. Vətənini çox sevirdi. “Ana, səni sevdiyim qədər Vətənimi sevirəm. Oradakı əsgərlərin valideynləri də onları çox sevir. Əsgərlər mənə əmanətdir”, -dedi”.

Daha sonra S. Həşimova oğlunun Türkiyədəki təlimlərə qatıldığını bildirib: “Türkiyə xalqını və ordusunu çox sevirdi. Həmişə Türkiyə ordusundan təriflə danışardı. Atatürkün məzarını ziyarət etməsindən də sevinclə bəhs edərdi. Şəhid anası olmaq çox ağırdır. Bu, bir ana üçün böyük bir ağrıdır. Onların da anaları var. Allah bizə dözmək üçün güc versin. Allahın verdiyi canı özümüzdən alana qədər dözməliyik”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul