“Polisə güvənmək vacibdir” – Natiq Cəfərli

“Polisə güvənmək vacibdir” – Natiq Cəfərlibackend

“Polisə güvənc və polis orqanlarına yaxşı münasibət istənilən toplum üçün çox vacib amildir”.

Busaat.az xəbər verir ki, bunu vətəndaş-polis münasibətlərini şərh edən iqtisadçı Natiq Cəfərli bildirib.

Dövət orqanlarının nüfuzunun daim yüksək olmasının vacib olduğunu qeyd edən Natiq Cəfərliyə görə, vətəndaşların polis orqanlarına inamı üçün vətəndaşlarla davranış qaydalarına diqqət edilməlidir:

“Türkiyənin 30 böyük şəhərində həftələrlə küçəyə çıxma qadağası oldu. Polis çörəyi olmayan vətəndaşa çörək aldı, öz yeməyini bölüşdü, bəzilərinə sadəcə xəbərdarlıq edərək evə apardı. Təbii ki, cərimələr də oldu, qaydaları bilərəkdən və kobudcasına pozan vətəndaşların hər birinə 3000 lirə civarında cərimə də yazıldı. Lakin polislə vətəndaş arasında qaçdı-tutdu oynanılmadı, vətəndaşın öz həyətinə çıxıb hava almasına normal baxıldı. Çünki Türkiyə polisi anlayır ki, maaşını xalqın ödədiyi vergi ilə alır. Bilir ki, sərt davransa nüfuz itirəcək. Əmindir ki, polis orqanlarını həm iqtidar, həm müxalifət özününkü sayır.

Polisə güvənc iqtisadiyyatın inkişafı üçün də vacibdir. Polis nəfərlərinə normal treninqlər keçirilməlidir, onlara virusun yoluxma ehtimalı izah edilməlidir. Əks halda dövlət orqanlarının nüfuzdan düşməsi heç yaxşı bir hal deyil”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90