Politoloq Elçin Mirzəbəyli: “Rəsmi İrəvan hər zamankı kimi beynəxalq diqqətin Azərbaycana yönəldilməsi üçün siyasi təxribatlara əl atır”

image-politoloq-elcin-mirzebeylibackend

Rəsmi İrəvan iddi edir ki, guya bu gün Azərbaycan qüvvələri sərhəddə yerləşən Kapan şəhərində Sünik hava limanına hücum edərək hava limanının damını və pəncərəsini zədələyib. 

“Avqustun 18-də gecə saatlarında guya Azərbaycan tərəfindən kimsə Sünik hava limanına atəş açması barədə Ermənistan tərəfinin irəli sürdüyü iddialarla, bundan bir neçə gün öncə Avropa İttifaqının Ermənistandakı missiyasının atəşə tutulması barədə irəli sürülən fikirlərin arasında heç bir fərq yoxdur. Və bütün bunlar ümumi təxribat cəhdlərinin tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurasında rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanın nəticə etibarı ilə siyasi müstəvidə Azərbaycanla mübarizə aparmaq, beynəlxalq müstəvidə Azərbaycanın maraqlarına qarşı çıxış etmək imkanları məhdudlaşdığı üçün Ermənistanın oxşar təxribatlara əl atacağı gözlənilən idi. Heç şübhə yox idi ki, Azərbaycan ərazilərinə göndərilən Ermənistanın kəşfiyyat diversant qrupu məhz, Azərbaycan ərazisində və o cümlədən də, Azərbaycan ərazisindən Ermənistana tərəf təxribatlar törətmək üçün göndırilmişdi.

Ola bilsin ki, bir nəfər saxlanılan kəşfiyyat diversiya qrupunun hələ də Azərbaycan ərazilərində müəyyən qalıqları qalır. Və yaxud onlar Ermənistan və Azərbaycan sərhəddində qərarlaşıblar. Azərbaycanla sərhəddən də məqsədyönlü şəkildə Ermənistanın ərazisini və Sünik hava limanını atəşə tutublar. Və yaxud da bu atəş Ermənistanın öz ərazisindən Ermənistanın xüsusi xidmət orqanlarının təmsilçiləri tərəfindən də həyata keçirilə bilər. Yəni bu irəli sürülən iddia o qədər gülünc və əhəmiyyətsizdir ki, Azərbaycanın bunu nə üçün etdiyinin hər hansı bir formada izahı yoxdur. Azərbaycan nə üçün öz tərəfindən Ermənistan ərazisində məhz, hava limanının damına atəş açmalıdır? Əgər həqiqətən də Azərbaycanın hansısa hərbi bazanı və hərbi məqsədlərlə istifadə edilən obyektləri, o cümlədən Azərbaycana təhlükə yaradan obyektləri məhv etmək istəyi olsaydı, bunu bir göz qırpımında həyata keçirə bilərdi. Yəni atəş açıb gizlənmək texnologiyası ancaq ermənilərə xas olan xüsusiyyətdir və şübhəsiz ki, bu təxribatda bilavasitə Ermənistanın özü tərəfindən keçirilib”.

Bu fikri Busaat.az-a siyasi ekspert Elçin Mirzəbəyli sözügedən məsələ ilə bağlı şərh verərkən deyib.

E.Mİrzəbəylinin fikrincə, indiki şəraitdə prossesin bir hissəsində uğursuzluğa düçar olduqları üçün artıq yenə də məsələni Azərbaycan və Ermənistan sərhədi kontekstinə daşımağa çalışırlar. Bundan öncə də də Fransanın BMT Təhlükəszilik Şurasına Azərbaycanla bağlı məsələni çıxartmağı cəhdində əsasən sərhəd bölgəsində baş verən hadisələr gündəmdə idi. Daha sonra bu prosses Azərbaycan ərazilərindəki separatçıların da iştirakı ilə ölkəmizdə yaşayan erməni azlığına qarşı guya təzyiq kampaniyasının aparılması kontekstində çıxarıldı və iflasa uğradı. Görünür yenə də eyni nöqtəyə qayıtmaq niyyəti güdürlər.

“Düşünürəm ki, bu bütövlükdə başqa bir aspektdən də eyni zamanda qaynaqlana bilər. Bəlli olduğu kimi, Ermənistanın son uğursuzluğu Ermənistan cəmiyyətində kifayət qədər ajiotaja səbəb olub və ümidsizliyin ən son nöqtəsinə gəlib çıxırlar. İndiki şəraitdə hakimiyyət yenə də guya Azərbaycanın Ermənistan üçün real təhlükə yaratdığını önə çəkərək, həm müəyyən qədər cəmiyyətin qarşısında özünü haqlı çıxartması, həm də hər zamankı kimi beynəxalq diqqətin Azərbaycana yönəldilməsi üçün bu təxribatı həyata keçirə bilər”,- politoloq qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki