Politoloq: “Ukrayna üçün tarixi fürsət yetişib”

image-donbassbackend

“Ukrayna beynəlxalq hüquq baxımından tanınan ərazi bütövlüyünü bərpa etmək istəyir. Düşünürəm ki, bütün dövlətlərin olduğu kimi, Ukraynanın da öz ərazi bütövlüyünü təmin etmək hüququ mövcuddur”.

Bu sözləri Busaat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

“Uzun müddətdir ki, Donbassdakı separatçılar atəşkəs qaydalarına riayət etmir və tez-tez cəbhə xəttində atəşkəsi pozurdular. Bundan başqa Donbass ətrafında müxtəlif silahlı birləşmələrin cəmləşməsi ilə bağlı bir çox ölklərin mediasında videogörünütlərə və xəbərlərə rast gəlirdik. Bu baxımdan, düşünürəm ki, hazırda koronavirusla mübarizə çərçivəsində dünyanın başının daha ciddi qlobal və siyasi məsələlərə qarışdığı zamanda Ukrayna məqamı fürsət bilib öz ərazi bütövlüyün azad etmək istəyir. Eyni zamanda, NATO və ABŞ-ın müdafiə nazirinin timsalında da böyük siyasi güclərin Ukraynanın öz torpaqlarını işğaldan azad etmək əməliyyatında onlara dəstək olacağını bildirməsindən sonra Ukrayna üçün bu iş daha da asanlaşıb”-deyə, politoloq vurğulayıb.

image-tural-i

İsmayılov hazırda Ukrayna üçün tarixi fürsət yetişdiyini əlavə edib: “Bu tarixi fürsətdən də Ukrayna dövləti yararlanmağa çalışacaq. Düzdür, vəziyyətin hansı məcrada davam edəcəyini deyə bilmərəm, lakin yaxın zamanda ən azından, qısamüddətlik də osla Ukrayna hərbi əməliyyatlara start verəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90