Varşava və Sofiya Bolqarıstanın MiQ-29 qırıcılarının altı mühərrikinin təmiri ilə bağlı müqavilə imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təmirin dəyəri vergi nəzərə alınmadan 4,776 milyon avro təşkil edir və 9 aya başa çatmalıdır.
Mütəxəssislərin fikrincə, hazırda xidmətdə olan MiQ-29 təyyarələrindən istifadə resursu 2023-cü ilin sonuna kimi tükənəcək.