Polşa raket qəzasına baxmayaraq Ukraynanı dəstəkləməyə davam edəcək - Polşanın BMT-dəki nümayəndəsi
“Biz çoxtərəfli yanaşmadan istifadə edirik, Ukraynaya yardım göstəririk və ölkəmizdəki ukraynalılara dəstək veririk”.
Busaat.az xəbər verir ki, Polşanın BMT-dəki nümayəndəsi Kşiştof Szczerski Varşavanın Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.
“Polşa hesab edir ki, Ukraynanı dəstəkləməyə davam etmək vacibdir. Biz çoxtərəfli yanaşmadan istifadə edirik, Ukraynaya yardım göstəririk və ölkəmizdə ukraynalılara dəstək veririk” – deyə, Kşiştof Szczerski BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib.
Qeyd edək ki, Noyabrın 15-i Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə naməlum raketin düşməsi nəticəsində 2 nəfər həlak olub.
Qərb əvvəlcə Rusiya əleyhinə sərt bəyanatlar versə də, NATO-nun Baş katibi Yens Stoltenberq ilkin ekspertizanın Polşaya düşən raketin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən atıldığını qeyd edib.
Rusiya Müdafiə Nazirliyi isə, raketin Ukraynanın S-300 hava hücumundan müdafiə sistemindən atıldığını bildirib.





