Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 511 $▼0.97%
  • Ethereum2 369 $▼1.19%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

Polşada viza pozuntusuna görə 7 nəfər tutulub

image-polsa

Polşada ölkəyə giriş vizalarının verilməsində qanun pozuntularına yol verdikləri iddiası ilə 7 nəfər barəsində cinayət işi açılıb, onlardan 3-ü saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Milli Prokurorluğun Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müdir müavini Daniel Lerman bildirib ki, Mərkəzi Antikorrupsiya Bürosunun təqdim etdiyi sübutlar əsasında istintaq martın 7-də başlayıb.

Prokuror indiyədək vizaların verilməsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfərə qarşı cinayət işi qaldırıb və onlardan 3-ü saxlanılıb.

Lerman deyib ki, istintaq ödəniş müqabilində vizanın işlənməsinin sürətləndirilməsinə yönəlib və 18 ay ərzində təqdim edilmiş bir neçə yüz viza müraciətinə aid olub, onların əksəriyyəti rədd edilib.

Lerman Polşanın Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətərdəki diplomatik nümayəndəliklərinə viza müraciətlərinin edildiyini bildirib.

Polşanın “Wyborcza” qəzeti keçən həftə yazıb ki, Polşa Xarici İşlər Nazirliyi yüz minlərlə immiqrantın Avropaya gəlməsinə icazə vermiş ola bilər.

“Rzeczpospolita” qəzeti də sistemin necə işlədiyini bilən şirkətlər tərəfindən asanlıqla manipulyasiya edildiyini və “sistemi aşmaq” üçün ərizəçilərdən 5000 dollara qədər pul tələb etdiklərini iddia edib.

Polşa mətbuatının məlumatına görə, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları avqustun 31-də Xarici İşlər Nazirliyində axtarış aparıblar. Həmin gün xarici işlər nazirinin müavini Piotr Vavrşik vəzifəsindən azad edilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul