Polşanın müdafiə naziri Mariuş Blaşçak seçki kampaniyası üçün ölkə ordusu ilə bağlı “tam məxfi” sənədləri açıqladıqdan sonra tənqid hədəfinə çevrilib.
Busaat.az xəbər verir ki, bu barədə Polşanın PAP xəbər agentliyi məlumat yayıb.
Nazir Blaşçak özünün X sosial media hesabından əvvəlki hökumətin Polşanı yalnız Varşavadan keçən Vistula çayının yerləşdiyi yerdən müdafiə etməyi planlaşdırdığını göstərən sənədləri əks etdirən video paylaşıb.
Polşa Silahlı Qüvvələrinin müdafiə planlarını və o zamankı müdafiə naziri Boqdan Kliçin imzaladığı “tam məxfi” sənədlərin ön tərəfini əks etdirən fotoşəkilləri də paylaşan Blaşçak əvvəlki hökumətin Polşanın yarısını verməyə hazır olduğunu iddia edib.
Ana müxalifət partiyası Vətəndaş Platformasının sözçüsü Yan Qrabyeç Polşada Radio Zet yayımına verdiyi açıqlamada, “Nazir Blaşçakın açıqladığı sənədlər Baş Qərargah tərəfindən hazırlanmış sənədlərdir” deyib.
Bu cür sənədlərin heç vaxt açıqlanmaması lazım olduğunu vurğulayan Qrabyeç “NATO ilə məsləhətləşərək yaradılmış sənədlərdən istifadə Polşanı bu gün NATO müttəfiqi olaraq tamamilə etibarsız edir. Seçki kampaniyası çərçivəsində daxili müdafiə sənədləri necə açıqlana bilər?” qiymətləndirməsini edib.
Sosial media hesabında “Siz Varşavanı cəbhə şəhəri etmək istəyirdiniz” yazısında tənqidlərə cavab verib.
Polşanın PAP xəbər agentliyi qeyd edib ki, Sivil Platform Blaşçakdan Dövlət Məhkəməsinə şikayət edəcək.
Polşada Dövlət Məhkəməsi dövlət vəzifələrində olan insanların konstitusiya məsuliyyətləri ilə bağlı qərar qəbul edən orqandır.
Polşada parlament seçkiləri və oktyabrın 15-də keçiriləcək 4 sualdan ibarət referendum öncəsi təşviqat dövrü davam edir.