Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 276 $▼0.98%
  • Ethereum2 333 $▼2.15%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Siyasət

Prezident ELAN ETDİ - Birinci yerdəyik...

image-6a0bede614e446a0bede614e4517791666946a0bede614e426a0bede614e43-768x403

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir.

Busaat.az apa-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

“Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra – Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq”, – Prezident qeyd edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul