Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft102.85 $▼0.65%
  • WTI neft95.96 $▲0.17%
  • Avropa qazı (TTF)89.25 €▼3.06%
  • Təbii qaz (ABŞ)2.919 $▲1.67%
  • Qızıl4 054 $▲2.20%
  • Gümüş52.05 $▲4.19%
  • Pambıq79.00 ¢▲2.21%
  • Buğda600.50 ¢▲1.22%
  • Bitcoin78 280 $▲1.22%
  • Ethereum2 319 $▲2.08%
  • S&P 5007 569▲0.35%
20°Bakı
  • USD1.7008▲0.0008
  • EUR1.9020▼0.0026
  • 100 RUB2.0854▼0.0154
  • GBP2.2809▲0.0016
  • TRY0.0340
  • AED0.4631▲0.0002
  • CNY0.2545▼0.0006
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3755▲0.0006
  • UAH0.0372▼0.0001
  • 100 JPY1.0755▼0.0009
  • CHF2.0763▲0.0065
  • USD1.7008▲0.0008
  • EUR1.9020▼0.0026
  • 100 RUB2.0854▼0.0154
  • GBP2.2809▲0.0016
  • TRY0.0340
  • AED0.4631▲0.0002
  • CNY0.2545▼0.0006
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3755▲0.0006
  • UAH0.0372▼0.0001
  • 100 JPY1.0755▼0.0009
  • CHF2.0763▲0.0065
Cəmiyyət

Prezident hər kəsin gözlədiyi fərmanı İMZALADI – Dövlət DƏSTƏYİ…

image-ilham-aliyev987
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Busaat.az xəbər verir ki, fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir.

İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

– əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi;

– investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması;

– investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması;

– investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi;

– dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması;

– iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi;

– investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82345