Prezident və xanımı Nərimanov rayonunda parkın açılışında – FOTO

image-lhe9edstxfapokuse5pmazbwfzgmufdri3hwauxr_825backend
image-uzb_ads_desk

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

Busaat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.

Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın “yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.

image-ad6xfo6p3c2okvoi6wbdqumv7xnoavqenvcbksfp_1200 image-jdruugvguwjlkibxz64xqquckez12zv3kg3xy5hx_1200 image-stqd2mczmgubr6wvygbc7iblfvu7jvzflardifzp_1200 image-rddnsudaie2ilcq7lxwkd8qgr2ysxicqoowb6mcv_1200 image-dpsqks8cezpeivypbmqnqfwjg1apf8tsbvqnjrf0_1200


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki