Qəbul aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işinə start verilib. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Proqram rəhbərləri (dekanlar) üçün vakansiya müraciətləri dəyərləndirilib və müvafiq komissiya tərəfindən müsahibələr keçirilib, hazırda həmin vəzifələrə təyinatlar aparılır.
Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir.
Tələbələr Qarabağ Universitetinə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I tədris ilinə), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri əsasında (II tədris ilinə) cəlb ediləcəklər. Regional təhsil idarələri vasitəsilə buraxılış siniflərində təbliğat işləri aparılır. Yüksək bal toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin təşkili planlaşdırılır.
Diqqətə çatdırıldı ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
***
09:36
Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub.
Busaat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.