Prezidentin köməkçisi Ağdamın atəşə tutulmasından yazdı

Prezidentin köməkçisi Ağdamın atəşə tutulmasından yazdıbackend

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.

Busaat.az  xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında yazıb.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur. Ermənistanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri üçün zəmin hazırladıqları açıq-aşkar görünür”,- deyə Prezidentin köməkçisi qeyd edib.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki