Prokurorluq tanınmış gitara ifaçısı Nofəl Süleymanovun öldürülməsi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirib. Nizami rayon Prokurorluğundan verilən məlumata görə, sentyabrın 8-də, saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilib, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Prokurorluq Nofəl Süleymanovun ölümü ilə bağlı məlumat yayıb
Bu bölməyə aid digər xəbərlər
Burun estetik əməliyyatı xarici görünüşdə ciddi dəyişikliklərə səbəb ola bilər. Bəs rinoplastikadan sonra əvvəlki fotoşəkillə şəxsin tanınması çətinləşərsə, şəxsiyyət vəsiqəsi […]
İranın daxili işlər naziri İsgəndər Mömini göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə İsgəndər Mömini […]
2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 105,7 faiz (5,7 faiz artım) təşkil edib. […]
Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər […]
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. […]
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada yaşayış və qeyri-yaşayış sahələri alan fiziki […]









