“PSJ”nin baş məşqçisi Luis Enrike italiyalı yarımmüdafiəçi Marko Verrattiyə ona ümid bəsləmədiyini deyib.
Busaat.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Enrike şəxsən Verrattiyə heç vaxt komandasında oynamayacağını deyib.
Daha əvvəl Verrattinin Qətərin “Əl Ərəbi” klubuna keçməyə yaxın olduğu bildirilirdi. Qeyd olunub ki, Qətər klubu “PSJ” ilə prinsipial razılığa gəlib və italyan yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, Verratti 2012-ci ildən Frasa klubunda çıxış edir. Onun “PSJ” ilə müqaviləsi 2026-cı ilə qədərdir. Verratti ötən mövsüm klubun heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.