Putin MDB rəhbərlərini Sankt-Peterburqa dəvət edib
Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv dövlətlərin başçılarını 2022-ci ilin sonunda Sankt-Peterburqda qeyri-rəsmi sammitə dəvət edib.
Busaat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun 2023-cü ilin “Mədəniyyət Paytaxtı” elan edilməsinə görə dövlət başçılarına minnətdarlığını bildirib.
“Həmkarlarımla artıq müzakirə etdik: 2023-cü il ərəfəsində gələcək “Mədəniyyət Paytaxtı”nda qeyri-rəsmi görüş keçirmək olar. Hamınızı məmnuniyyətlə həmin görüşə dəvət edirəm” –deyə, Putin həmkarlarına müraciət edib.
Qeyd edək ki, daha əvvəl MDB dövlət başçılarının 2021-ci il dekabrın 28-də, Yeni il öncəsi Sankt-Peterburqda görüşü baş tutub.





